Menu

«Türkiyə S-400-ləri Kipr münaqişəsində istifadə edə bilər» - «Bloomberg»

01.06.2019, 10:59
«Türkiyə S-400-ləri Kipr münaqişəsində istifadə edə bilər» - «Bloomberg»

Türkiyə hakimiyyəti Rusiya istehsalı olan S-400 zenit-raket kompleksini (ZRK) neft və qaz hasilatının planlaşdırıldığı yataqların yaxınlığında yerləşdirə bilər. ZRK-nin mümkün dislokasiya zonası Kiprlə mübahisəli ərazidə yerləşir. Özəl mənbəyinə istinadla, bu barədə «Bloomberq» xəbər verib.

Ankara elmi-tədqiqat institutunda izah ediblər ki, ölkə S-400 ZRK-i özünün Şərri Aralıq dənizindəki enerji maraqlarının müdafiəsində «çəkindirici» amil hesab edir. Bu arada, bölgədə gərginliyin artması ABŞ və Türkiyə arasında münasibətləri kritik nöqtəyə çatdıra bilər.

Vaşinqton bundan əvvəl bəyan edib ki, Ankara Kiprin istisnasız iqtisadi zonasında qazma işlərinə başlamaq planları ilə ərazidə gərginliyi artırır.

Türkiyə tərəfi isə bölgədə neft-qaz hasilatına başlanması məsələsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) maraqlarının nəzərə alınmasını israr edir.

Xəbər verildiyi kimi, bu bölgədə İsrail yunan Kipri ilə birlikdə neft-qaz hasilatına başlamağı planlayır, ABŞ da İsraili dəstəkləyir.

Beləliklə, indi məlum olur ki, ABŞ məhz nə üçün Türkiyənin Rusiyadan S-400 ZRK almasının əleyhinə çıxış edirmiş.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Türk 2019-06-01 10:59:07

Mən dəfələrlə demişəm və bu gün də deyirəm,ABŞ Türkiyə ilə müttəfiq deyil.Sadəcə olaraq öz maraqları üçün çalışır.Nəhayət ABŞ öz iç üzünü göstərdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol