Menu

İranda zəlzələ olub

01.06.2019, 10:55
İranda zəlzələ olub

İranın cənub-qərbində nisbətən güclü zəlzələ baş verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, 4,2 bal gücündə olan zəlzələnin episentri İraq sərhədi yaxınlığındakı Xuzestan əyalətinin Gotvənd şəhəri yaxınlığındadır.

Zəlzələ yerli vaxtla saat 09:04-də yerin 16 kilometr dərinliyində qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol