Menu

Bakıda keçmiş məhkum oyuncaq tapança ilə iki nəfəri hədələyib

01.06.2019, 13:52
Bakıda keçmiş məhkum oyuncaq tapança ilə iki nəfəri hədələyib

Bakıda oyuncaq tapança ilə satıcını hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 30-da Biləcəri qəsəbəsi Y. Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E. Əhmədovu və müştəri qismində olan paytaxt sakini E. Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələyib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R. Rəsulov saxlanılmış və evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol