Menu

Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək

01.06.2019, 14:18
Gürcüstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu o, jurnalistlərə açıqlamasında bildirib.

Spiker səfərin iyun ayının üçüncü həftəsində baş tutacağını qeyd edib.

İ.Kobaxidze bildirib ki, Azərbaycana rəsmi səfəri çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ də müzakirə olunacaq: “Əminəm ki, azərbaycanlı dostlarımızla vəziyyətdən ən yaxşı çıxış yolunu tapacağıq. Ən əsası bu prosesdə maksimum səy göstərməkdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol