Menu

Samuxda tələbə qız intihar edib

01.06.2019, 21:33
Samuxda tələbə qız intihar edib

Samuxda tələbə qız intihar edib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Eldar kəndində qeydə alınıb. Kənd sakini, 2000-cı il təvəllüdlü Bəsti Yasin qızı Allahverdiyeva özünü yaşadığı evin çardağından asaraq intihar edib.

Onun 2-ci kurs tələbəsi olduğu bildirilir. Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.

Onun hansı səbəbdən intihar etdiyi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol