Menu

ÇEMPİON "LİVERPUL" - Çempionlar Liqası + VİDEO

02.06.2019, 00:55
ÇEMPİON "LİVERPUL" - Çempionlar Liqası + VİDEO

Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşib.

"AzPolitika" xəbər verir ki, həlledici matçda İngiltərənin "Tottenhem" və "Liverpul" klubları üz-üzə gəlib. Rəqibi qarşısında üstün oyun sərgiləyən Kloppun yetirmələri meydandan 2-0 qalib ayrılaraq, Çempionlar Liqasının qalibi olub. "Liverpul"u çempion edən qolların müəllifi 2-ci dəqiqədə Məhəmməd Salah və 87-ci dəqiqədə Origi olublar. Görüş İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilib.

Qeyd edək ki, "Liverpul" bu qələbə ilə Çemoionlar Liqasında 6-cı dəfə qalib olub.

 

***

Çempionlar Liqasının finalında "Tottenhem" ilə "Liverpul" qarşı-qarşıya gəlir.

"AzPolitika"nın məlumatına görə, Liverpul 2-ci dəqiqədə Məhəmməd Salahın penalti qolu ilə qarşılaşmanı 1-0 öndə aparır.

***

Çempionlar Liqasının finalında bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq "Tottenhem" - "Liverpul" oyunu üçün start heyətlər açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadla yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar.

"Tottenhem": 1. Uqo Loris, 2. Kiran Tripye, 3. Deni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 8. Harri Vinks, 17. Mussa Sissoko, 23. Kristian Eriksen, 20. Dele Alli, 7. Son Xin Min, 10. Harri Keyn

Ehtiyat oyunçular: Mişel Vorm, Paulo Qassaniqa, Davinson Sançes, Kayl Uolker, Xuan Foyt, Serj Orye, Ben Deyvis, Erik Lamela, Viktor Vanyama, Erik Dayer, Fernando Lorente, Lukas Moura

"Liverpul": 13. Alisson Beker, 4. Vircil van Deyk, 66. Trent Aleksandr-Arnold, 32. Joel Matip, 26. Endryu Robertson, 3. Fabinyo, 14. Cordan Henderson, 5. Corcinyo Vaynaldum, 10. Sadio Mane, 11. Məhəmməd Salah, 9. Roberto Firmino

Ehtiyat oyunçular: Simon Minyole, Kyuvin Kelleher, Co Qomes, Deyan Lovren, Alberto Moreno, Adam Lallana, Ceyms Milner, Aleks-Oksleyd Çemberlayn, Cerdan Şakiri, Rayan Bryuster, Divok Origi, Daniel Starric.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol