"AzPolitika.info"-nun 11 may 2019-cu il tarixli sayında Rusiyadakı Azərbaycan diasporunun fəal üzvlərindən biri olan Mirkazım Seyidovun "
Səfirliyin redaksiyamıza ünvanladığı məktubda həmin müraciətin olduğu kimi dərc olunması xahiş olunduğundan, səfir P.Bülbüloğlunun tədbir iştirakçılarına rus dilində ünvanladığı müraciətin tərcüməsini təqdim edirik:
"Hörmətli forum iştirakçıları! "Dostluq körpüsü: Rusiya türkdilli və slavyan ölkələri və müasir dövrün qlobal çağırışları" Forumunun bütün iştirakçılarını Sibirin ürəyində, qonaqpərvər Novosibirsk torpağında salamlayıram. Tədbirin təşkilatçılarına məni "fəxri qonaq" qismində dəvət etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Təəssüf ki, sıx iş qrafikim və əvvəldən nəzərdə tutulan səfərim səbəbindən bu vacib tədbirdə şəxsən iştirak etməyim mümkün olmadı.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu forum əlamətdar tarixdə - 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü, eləcə də Azərbaycan Demokratik Respublikasının 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illiyinin qeyd olunduğu ildə keçirilir. Bir səfir kimi çoxlu sayda azərbaycanlının yaşadığı Sibirdə bu əlamətdar tarixlərin belə yüksək səviyyədə qeyd edilməsi və harada yaşamalarından asılı olmayaraq, həmvətənlərimizin vətənə bağlılıqlarını və sevgilərini ifadə etmələri çox xoşdur.
Bu gün Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır. Hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində bu münasibətlər sürətlə inkişaf edir. Bunu ikitərəfli əməkdaşlığın səviyyəsi, ölkə rəhbərlərinin şəxsi əlaqələri və prezidentlər İlham Əliyevlə Vladimir Putinin mütəmadi qarşılıqlı səfərləri də təsdiq edir. Bununla bağlı Azərbaycanla Rusiya arasında uzunmüddətli strateji münasibətlərin əsasını qoymuş Azərbaycanın böyük oğlu, ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd etməmək mümkün deyil.
Ərazisində onlarla türkdilli xalqların yaşadığı Rusiya öz coğrafi mövqeyi və tarixi reallıqlar səbəbindən hər zaman Türk dünyası ilə sıx əlaqələrə malik olub. Bu gün beynəlxalq siyasət, iqtisadiyyat, qlobal və regional çağırışlarla bağlı bir çox məsələlərdə qarşılıqlı və məhsuldar əməkdaşlıq aktiv şəkildə hər iki ölkənin mənafelərinə uyğun şəkildə davam etdirilir.
İkitərəfli Azərbaycan-Rusiya münasibətlərində, dostluq əlaqələrinin saxlanması və dərinləşməsində Rusiyadakı Azərbaycan diaspora təşkilatları və Azərbaycandakı Rusiya icması az rol oynamır. Bu kontekstdə hazırkı tədbir xüsusi diqqətə və tərifə layiqdir. Əminəm ki, öz dolğun proqramı və simvolik "Dostluq körpüsü" adı ilə bu forum xalqlarımız arasında çoxəsirlik dostluq, qarşılıqlı anlaşma, mehriban qonşuluq münasibətlərinin təzahürü üçün növbəti uğurlu meydan olacaq. Həmçinin, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin güclənməsi üçün qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına yönələn yeni ideyaların və mexanizmlərin tapılmasına öz töhfəsini verəcək.
Sonda təşkilatçılara bu təşəbbüslərinə görə öz dərin minnətdarlığımı bildirir, bütün forum iştirakçılarına maraqlı diskussiyalar və məhsuldar iş arzulayıram. Uğurlar!
Fövqəladə və səlahiyyətli səfir: Polad Bülbüloğlu."

"Ancaq yalnız forumun birinci günü tədbirdə iştirak edib. Hörmətli Polad müəllimin foruma göndərdiyi məktubu oxuduqdan sonra getdi. Məni və digər diaspor nümayəndələrini də narahat edən bu oldu... Ancaq qeyd edim ki, hörmətli Polad müəllim bizim tədbirlərimizə həmişə çox böyük diqqətlə yanaşıb. Buna görə sizin sayt vasitəsilə Polad müəllimə bir daha təşəkkür edirəm" - deyə, Mirkazım Seyidov bildirdi.
Tahir
AzPolitika.info




Şərhlər
Nolsun?