Menu

Lerikdə ağır yol qəzası olub, xəsarət alanlar var

02.06.2019, 09:40
Lerikdə ağır yol qəzası olub, xəsarət alanlar var

Lerikdə ağır yol-nəqliyyat hadisəsi olub."Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə Lerik rayonunun Vaqo kəndi ərazisində baş verib.

Belə ki,"UAZ " markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi qadın, üçü kişi olmaqla 5 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olaraq bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol