Menu

Futbolçu Neymar zorlamada günahlandırılıb

02.06.2019, 09:48
Futbolçu Neymar zorlamada günahlandırılıb

Braziliya milli komandasının və Fransanın Paris Saint-Germain klubunun Üzvü Neymar zorlamada günahlandırılır."Report" xəbər verir ki, bu barədə UOL məlumat yayıb.

Portalın məlumatına görə, adını çəkilməsini istəməyən qadın Neymarın ona Parisdə təcavüz etdiyini söyləyib.

Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransa paytaxtında yerləşən otellərin birində baş verib. Eyni zamanda, qız Braziliyada da artıq ərizə vediyini və başqa bir ölkədə polisə getməkdən qorxduğunu deyib.

Qeyd edək ki, polis apellyasiya şikayətini təsdiqləyib, lakin bu məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol