Menu

"İlk güllə neftin qiymətini 100 dollardan yüksəyə qaldıracaq" - İran generalı

02.06.2019, 14:48
"İlk güllə neftin qiymətini 100 dollardan yüksəyə qaldıracaq" - İran generalı

"Fars Körfəzində atılacaq ilk güllə neftin 1 barelinin qiymətini 100 dollardan da yüksəyə qaldıracaq".

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran ali dini lideri Ayətullah Xameneinin baş müşaviri və köməkçisi general Seyid Yəhya Səfəvi bəyan edib.

Y. Səfəvi deyib ki, bu, ABŞ, Avropa və ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi dostları üçün dözülməz bir qiymət olacaq. General ABŞ-ın bölgədəki 25 hərbi bazası və bu bazalardakı 20 min hərbçinin İranın raketlərinin hədəfində olduğunu da vurğulayıb: “Donald Tramp İranla hər bir müharibədə məğlub olacağını və müharibənin xərclərinin də böyük olacağını bilir. Biz hərbçilər həmişə ən pis ssenariləri görürük və müharibənin olmaması üçün müharibəyə hazır olmalıyıq. Hazırda İran Qərbi Asiya bölgəsində böyük hərbi gücdür. ABŞ İranın sürpriz və şokedici strategiyasından çəkinir".

İran ali dini liderinin köməkçisi hazırda ABŞ-la İran arasında iqtisadi və psixoloji müharibə getdiyini söyləyib: “ABŞ-ın nüvə proqramına dair Hərtərəfli Bİrgə Fəaliyyət Planından çıxması və İrana sanksiyalar tətbiq etməsi bir müharibədir. Ümid edirik ki, bu müharibədən müqavimət və milli birliklə başı uca çıxacağıq. ABŞ Qərbi Asiya bölgəsindən çıxmalıdır və hökmən çıxacaq. Bizim strategiyamız qonşu ölkələrlə düşmənçilik etməməkdir. İran qonşu ölkələrlə təcavüz etməmək haqqında saziş imzalamağa hazırdır və bunu xarici işlər naziri açıqladı. Mənim təklifim budur ki, bəzi qonşu ölkələrlə bu sazişi imzalayaq, bəzi qonşu ölkələrlə isə koalisiya yaradaq”.

Şərhlər

dadaşyev 2019-06-02 14:48:49

İrana bircə güllə də atılmayacaq həmişəki kimi.Bilin ki,hansı aylar ki İran "məsələsi" qabardılmır,həmin aylarda ABŞ ölkədəki rezervuarlarına ucuz neft doldurmaqla məşğuldu.Elə ki İran "məsələsi" qabardılmağa başlandı,bilin ki ABŞ rezervuarları artıq ucuz Şərq neftiylə dolub daşır,demək artıq onu baha qiymətə satmaq lazımdı.İlin əvvəlində ABŞ İranı buraxıb dünyanın 5 neft anbarından biri olan Venesuelaya barmaq eləməklə nefti bahalaşdırmaq istədi,olmadı.Yenə üzünü İrana tutdu.Çünki Şərq barıt çəlləyidir.

Geber 2019-06-02 14:48:49

Faktiki olaraq Iran nefti həmişə lap elə bu ğündə 100 dollar ekvivalentindən də artiq satir , belə ki , İran yeğanə ölkədir ki , optik illyuziyalar üzərində qurulan dollar həndəsə apparati daxilind xeyrinə olan incə xüsüsatlar ilə qisa dollarin qapatma mənğələrini , öeri sərfiyyatli enrji istehsal edən tutmalar ilə qapaadib. Bu haqda İran və Cin hökümətləri məxfi bilğilərə malikdirlər . Əğər çinliləq qarişiliqli balanslaşdirma və ğüzəşt əsnasindaa bu müdaxxillələrdən faydalanirlarsa İran isə qeyri rəsmi . Dollarin özünüaldatma prinsipinə ğörə istənilən ölkəyə bi milyard dollar daxil olursaa bir necə ildən somnra həmin ölkədən üc milyard dollar ekvivalent mal dəyəri naməlum istiqamətdə buxarlanir . baxmayaraq ki , riyazi hesablamalardaa balans mədaxil məxaric həmişə düz ğəlir. Misal qonşu Ğürcüstan bizə axan dollar qizdirici cihazdan bizdən də artiq istifadə etdi bu onlarin deyil qirağdan qqərbdən ağilli və vaxtinda incə müdaxiləllərlə oldu balandsda isə hər şey normal ğörsəndi.
Misal : son dövrlərdə 2014-cü ildən sonra Azərbaycan Kazaxstan Turkmənistan Rusiyya Ukrayna kimi dövlətlərdə olan ağir dürüm :_bu ölkələrə ğələn dollar selinin olan qalani da , qabağina qatib Əllədinin lampasindaaki Jinin işini elə məharətlə ğördü , ki bu ölkələrin hökümətləri Jinin hardan ğəlib hara qaçmasi haqda bu dəqiqəyə qədər məlumatsizdirlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol