"Palmali Dənizçilik" şirkətinin rəhbəri Mübariz Mənsimov növbəti dəfə qalmaqallı xəbərlə gündəmə gəlib.
"Qaynarinfo" Türkiyənin Dəniz Xəbər Agentliyinə (denizhaber.net) istinadla xəbər verir ki, bir müddət əvvəl yeni inşa edəcəkləri gəmilərinə Əbülfəz Elçibəy və Məmməd Əmin Rəsulzadənin adını verəcəklərini deyən iş adamı yalan danışıb. Belə ki, Mənsimovun şirkətin balansındakı köhnə gəmini rənglətdirərək adını dəyişdirdiyi ortaya çıxıb.
Dəniz Xəbər Agentliyi əməkdaşlarının araşdırmasına görə, "Palmali Dənizçilik" şirkətinin yeni inşa olunduğunu iddia etdiyi Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi əslində 21 il əvvəl Rusiyanın Volqoqrad limanında inşa edilən və şirkətin balansında olan "Adriatic Mariner" adlı 6 min 600 DWT daşıma gücünə sahib tankerdir.
Bildirilir ki, tanker Qaradəniz Ereğli Limanlar bölgəsində yerləşən Ustaoğlu Qayıq və Gəmi İnşa Limanında boyadılaraq dənizə buraxılıb və adı dəyişdirilib.




Şərhlər
doqurdanda burda nə varki bambili kimi danişirlar rənğlədib adini dəyişib əcəb eləyib fakt oduki dəyişib sizdə edin duxuvuz catar
Bunun üçün Mübariz Mənsimovu yalnız alqışlamaq lazımdır. ALLAHIM bu millətdə bu qədər nifrət haradan qaynaqlanır. Niyə bu nifrətimiz düşmənimiz erməniyə və onun havadarı olan ruslara qarşı deyil, yalnız özümüzə qarşıdır? Niyə şərqdə ilk, Azərbaycan Demokrratik Respublikasının banilərindən olan, öləndə də Azərbaycan-Azərbaycan deyib canı çıxan Rəsulzadəyə Bakıda, Gəncədə və digər rayonlarımızda (Novxanıdan başqa) normal heykəl ucaldan bir oğul tapılmır? Lakin onun adına gəmini adlandırıb suya buraxan adamın adını qalmaqalda hallahdırırıq. Qoy olsun köhnə gəmi, lakin bundan sonra həmin gəmi "Məmməd Əmin Rəsulzadə" adı ilə dənizlərdə üzəcək. Bu qürur verici deyilmi əzizlərim? Kimisə tənqid etmək istəyiriksə, güzgüyə baxıb soruşmaq lazımdır, bəs mən nə etmişəm?
Burda təəcüblü nə var? Əsas odurki tanker M.RƏSULZADƏNİN adını daşıyacaq.Mız qoymaqa cansız.Bizim bədbəxciliyimiz ondadır ki,öz ğözümüzdə tiri ğörmürük başqasında tir axtarırıq.
Resul Quluyev demişken,ay badbaxt qaynarinfo.Dogrudan burda teecublu ne var?Resulzadeye bir leyaqetli teltif tapa bilmirsiz?!Amma dag boyda tanker gozuzi čixardir.Sizler islah olunmazdiz.Xeyri yoxdur.Točnu neni israil tayfasi.Nankorlar naşukurler
Burda təəcüblü nə var? Əsas odurki, Rəsulzadənin adına tanker suya buraxıldı.Rəngləyəndə təzə görünür.Əsas odurki,gəmi saz vəziyyətdə olsun.Ölkəsinə xeyir versin.
MALADES,KIWI ADAMDI KI,DAHI WEXSIYYETIN ADINIA LAYIQ GEMIDIR...HALAL OLSUN...UQURLAR