“Moskva ilə Qərb arasındakı gərginliyə görə maliyyə bazarları dərin donvurma vəziyyətindədir. Rus səhmlərinin, istiqrazlarının və rublun kursunun kəskin aşağı düşməsindən sonra Rusiya maliyyə akrivlərinə rəğbət bəsləmək üçün heç bir səbəb qalmayıb.”

ABŞ-da nəşr olunan ”The Wall Street Journal” qəzeti sonuncu sayında belə yazır. “Putinin Ukrayna ambisiyaları hesabına Rusiya don vurmuş vəziyyətində qalıb” adlı məqalədə müəllif daha sonra deyir:

“May və iyun aylarında rus səhmlərinin kursu yüksəlmışdı. İnvestorlar ümüd edirdilər ki, prezident Vladimir Putin konfrantasiyadan əl çəkəcək. Amma iyul ayında Ukrayna səması üzərində Malayziya təyyarəsinin vurulmasından sonra konflikt daha da gücləndi və qiymətlər aşağıya doğru yuvarlanmağa başladı. Bu həftənin bazar ertəsi rubl dollara münasibətdə rekord səviyyədəki ən aşağı həddinə qədər düşdü. Bu ilin əvvəlindən indiyədək isə rublun kursu 11,4% aşağı enib. MSCI-nin (Morgan Stanley Capital İnternational Russia) Rusiya fond indeksi 17,5% azalıb. Ümumiyytlə isə EMBI Global indeksi (Emerging Markets Bond İndex) 10% yüksəlsə də, Rusiya dövlətinin dollarla olan istriqrazları 1,6% aşağı düşüb.

Ənənəvi ölçülərə görə Rusiya ucuz ölkə sayılır. Ancaq bir çox şərhçilərin gözlədiyinin əksinə olaraq, Rusiya iqtisadiyyatı daha möhkəm və dayanıqlı görünür. Rusiyadakı işsizlik səviyyəsi 4,9% -ə qədər enib və sənaye sahəsindəki işgüzar aktivlik isə PMI (Purchasing Manegers İndex) indeksinə görə 50% göstəricisindədir. Bunu isə yaxşı nəticə hesab etmək olar. Rusiyanın bir çox sənaye sektorları Ukrayna iqtisadiyyatının iflic vəziyyətindən də uduş əldə edirlər. Həm də ki, Putin hələlik əhalinin ona olan dəstəyinin yüksək reytinq göstəricisini saxlaya bilib.

Ancaq bundan sonrakı perespektiv çox bədbin görünür. Rublun kursunun aşağı düşməsi və əks cavab kimi Rusiyanın Avropadan idxal olunan ərzağa qoyduğu qadağa, 7,5%-ə kimi qalxmış indiki inflyasiyanı daha da sürətləndirəcək. Bu il Rusiya Mərkəzi Bankı uçot faiz dərəcələrini 2,5% -ə kimi qaldırıb və sentyabr ayında da onun bir qədər də artırılması ehtimal edilir. Rusiya büdcəsinin başlıca və aparıcı faktoru sayılan neftin qiyməti də tədricən aşağıya doğru gedir. Əgər Putin Ukraynadakı hadisələrə müdaxiləsini daha da artırarsa, yeni sanksiyaların tətbiqi tam real görünür. Risk içərisinə düşməyən investisiya menecerləri gələcəkdə rus maliyyə aktivlərinə qoyulacaq mümkün məhdudiyyətlərdən narahatlıq hissi keçirməlidirlər. Hətta əgər bundan sonra gərginlik səngisə də belə, itirilmış investisiyalar hesabına Rusiya iqtisadiyyatına dəymiş ziyanlar və etibarın sarsılmasının çox irəliyə gedən nəticələri ilə üzləşiləcək. Rusiya iqtisadiyyatı hələ Ukrayna krizindən xeyli əvvəl də ləngiməyə başlamışdı. Hazırda Rusiya ucuz bir investor kimi görünür. Onlar heç də nəyə isə arxayın olmasınlar. Çünki bu ölkə daha da ucuzlaşmağa doğru gedə bilər.”

Vaqif Nəsibov