Menu

İran sərhədçiləri 2 tondan çox narkotik aşkarlayıblar

02.06.2019, 16:16
İran sərhədçiləri 2 tondan çox narkotik aşkarlayıblar

İranın cənub-qərbində Sistan və Bəluçestan vilayətinin sərhədlərində 2,19 ton narkotik maddələr aşkarlanıb.Bunu İranın Sistan və Bəluçestan vilayətinin sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.

M.Mollaşahinin sözlərinə görə, 3 sərhəd zolağında narkotik qaçaqmalçılarla silahlı insident baş verib.

M.Mollaşahi əlavə edib ki, qaçaqmalçılarla bir neçə saat toqquşmadan sonra 2 ədəd avtomobil, 9 ədəd motosiklet və 2 qaçaqmalçı saxlanılıb. (Trend)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol