Menu

İspaniyalı hücumçu "Fənərbağça"dan getdi

02.06.2019, 17:13
İspaniyalı hücumçu "Fənərbağça"dan getdi

"Fənərbağça" daha bir futbolçu ilə yollarını ayırıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadla yaydığı xəbərə görə, Roberto Soldado növbəti mövsümdə İstanbul klubunun heyətində olmayacaq. Müqaviləsi başa çatan ispaniyalı hücumçu "sarı-lacivərdlilər"lə vidalaşıb. Sosial şəbəkədəki hesabından vida mesajı paylaşan 34 yaşlı futbolçu azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Soldado 2017-ci ilin yayından "Fənərbağça"da çıxış edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol