Menu

Suriyadakı avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 7 adam ölüb

03.06.2019, 01:19
Suriyadakı avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 7 adam ölüb

Suriyanın şimal-şərq hissəsindəki partlayışda ən azı 7 adam ölüb.

"Report" xəbər verir ki, bu barədə RİA Novosti AFP-dəki öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, partlayış Türkiyənin sərhədinə yaxın ərazidə yerləşən Azəz şəhərində baş verib və 20 nəfər yaralanıb.

Bu bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri Azəzdə baş vermiş partlayışa görə məsuliyyət daşımadığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol