Menu

Ermənistan və Rusiya birgə hərbi təlimlərə başladı

03.09.2014, 19:07
Ermənistan və Rusiya birgə hərbi təlimlərə başladı

Sentyabrın 3-də Ermənistandakı Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər başlanıb.

“Media forum” saytı bildirir ki, 1500 hərbçinin, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnikanın cəlb olunduğu təlimlər Birləşmiş Silahlı Qoşunların və Qüvvələrin komandanı general-leytenant Mixail Qriqoryanın başçılığı ilə keçirilir. Təlimlər sentyabrın 7-nə kimi davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol