Menu

“HAQQINA SAHİB ÇIX!” - Jurnalistlər üçün təlimlər keçirildi

03.06.2019, 14:55
“HAQQINA SAHİB ÇIX!” - Jurnalistlər üçün təlimlər keçirildi

Rassional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən «HAQQINA SAHİB ÇIX» kampaniyası çərçivəsində işçi qrupun 31 may - 02 iyun tarixlərində jurnalistlər üçün təşkil etdiyi «Reproduktiv sağlamlıq və hüquqlar» mövzusundakı təlim kursu başa çatıb.

Kampaniyanın məqsədi ölkəmizdə reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin və ictimaiyyətin mövqeyini dəyişməklə, bu sahədə səhlənkarlıq və korrursiya hallarının azaldılmasından ibarət idi.

Kampaniyanın işçi qrupunun bir neçə üzvü - Vasif İsmayıl, Nicat Gözəlov, Azər Mehtiyev, İlhamiyyə Rza və Əvəz Zeynallı 3 gün ərzində təlimçi qismində reproduktiv sağlamlıq mövzusunun tibbi, hüquni, əxlaqi-mənəvi, iqtisadi və psixoloji tərəflərini işıqlandırıb. Təlimin metodologiyasına təqlimatlar, keyzlərin təhlili, qrup çalışmaları, müzakirələr və konkret nəticələrin əldə olunması daxil idi.

Eyni zamanda, təlim - reproduktiv sağlamlıq və hüqular üzrə mövuların və «haqqına sahib çıx!» kampaniyasının münasib şəkildə mediada işıqlandırılmasına, habelə bu mövzuda xəbərçilik, araşdırma, maarifləndirmə, vəkillik və ictimai rəyin yaradılması istiqamətlərini əhatə edib.

RİYC-nin sədri Şəhla İsmayıl təlimin əhəmiyyətindən danışaraq, kampaniyanın media dəstəyi barədə ətraflı məlumat verib. Sonda 25 iştirakçı jurnalist və blogerə sertifikatlar təqdim olunub.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol