“AZƏRKOSMOS” 100 MİLYONLARI HAVAYA UÇURUR... - Qurumun zərəri 313 milyonu keçib

Sözsüz ki, hər bir ölkə üçün öz peykinin olması bir pristij, güc gözstəricisidir. Bu, həmdə dövlətin iqtisadi, elmi və müasir texnologiyalara yiyələnmə səviyyəsini ortataya qoyan amildir.

Ancaq bütün sivil dünyada çoxdan qəbul olunmuş praktikaya görə, istənilən yenilik, texnoloji layihə və s. mütləq maddi gəlir gətirməlidir. Təəssüf ki, bu cəhətdən “Azərkosmos”un fəaliyyətini qənaətbəxş hesab etmək olmur. Əksinə, “Azərkosmos”ASC onsuz da mürəkkəb duruma malik ölkə iqtisadiyyatı üçün ildən-ilə ağır yükə çevrilir.

“Azərkosmos”un indiyə qədərki fəaliyyəti dövründə xərclərinə baxdıqda, bunun gəlirlərilə müqayisədə bir neçə dəfə artıq olduğunu görürük. Şirkətə dövlət büdcəsindən ilbəil 10 milyonlarla manat büdcə vəsaiti ayrılması ilə yanaşı, xaricdən dövlət təminatı ilə də 100 milyonlarla dollar həcmində kreditlər götürülüb. Digərt tərəfdən “Azərkosmos”un gəlirləri cüzi, xərcləri isə həddindən artıq çox olduğundan, ASC hər ötən ili böyük zərərlə başa vurur. Kreditlər isə yenə də dövlət büdcəsi hesabına bağlanır.

“Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Çin, Gürcüstan və Rusiyadır. Göründüyü kimi, Rusiya və Çin başda olmaqla, bu ölkələrin əksəriyyətinin peyk bazarında əhəmiyyətli payları var. Və belə bir bazarda Azərbaycan kimi ölkənin də iştirakı bir tərəfdən qürurvericidirsə, digər tərəfdən böyük rəqabətə davamlılıq tələb edir. Peyk bazarında ən azından ziyan etməmək üçün isə çeviklik olmalıdır, keyfiyyətli və müxtəlif çeşidli xidmətlər göstərilməlidir. Bəs “Azərkosmos” bu tələblərə nə dərəcədə riayət edə bilir?

Mütəxəssislər hesab edirlər ki, hazırda “Azərkosmos”un timsalında olduğu kimi telekommunikasiya deyil, hərbi, ekoloji və sair tipli peyklər daha gəlirlidirlər. Azərbaycan da digər növ peyklərə üstünlük versəydi, daha məqsədəuyğun olardı. Bundan başqa, xərclərin çox olduğunu nəzərə alaraq, dünya təcrübəsindən istifadə edərək, bir neçə ölkənin ortaq peyk buraxması kimi əməkdaşlıqlara getmək olardı.

Hazırkı vəziyyət isə göstərir ki, ömrü 10 il civarında olan peyklərin nə zamansa ölkəyə maddi xeyir gətirməsi bir yana, heç olmasa xərcləri qapadacağını gözləməyə dəyməz. “Azərkosmos”un ötən illərin yekun hesabatlarından görünür ki, ASC 2017-ci ili 16 milyon 97 min manat, ötən ili isə 6.5 milyon manat ziyanla başa vurub. 2010-cu ildən fəaliyyətə başlayan və bu bir neçə ildə heç cür mənfəətə keçə bilməyən “Azərkosmos”un cəmi yığılmış zərəri artıq 313 milyon manatı keçib. Deməli, bu peyklərin fəaliyyəti bizə 100 milyonlarla dollara başa gəlir, bunun əvəzində qazandıqlarımızın həmin xərclərə nə dərəcədə adekvat olduğu isə mübahisəlidir...

Təkcə ötən ilin dövlət büdcəsindən “Azərkosmos” ASC-yə 55 mln. manat, başqa mənbələrədən 3.6 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 3 milyon manat ayrılıb.

Bunun müqabilində bu il 1 yanvar tarixinə görə “Azərkosmos” 653 milyon 632 min manat cəmi aktivlərə, 740 milyon 867 milyon manat cəmi öhdəliklərə malikdir. Bu o deməkdir ki, aktivlər mənfiyə keçib, yəni ortada 87 milyon 235 min manatlıq minus var. Deməli, “Azərkosmos”un zərərləri onun nəinki nizamnamə kapitalını, hətta əlavə kapital qoyuluşlarını da “yeyib”.

Narahatedici fakt həm də odur ki, ASC-nin xidmətlərin satışından daxil olan gəlirləri ildən ilə artmaq əvəzinə azalır. 2017-ci ildə satışdan gəlirlər 37 milyon 86 min manat olduğu halda, 2018-ci ildə 36 milyon 812 min manat təşkil edib. Ötən il “Azərkosmos”un cəmi gəlirləri 45 milyon 379 min manat, cəmi xərcləri isə 51 milyon 842 min manat olub. Bu da zərər deməkdir.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda “Azərkosmos”un fəaliyyəti ətrafında yaranan mənzərə arzuolunan və təqdir ediləcək durumda deyil. Və sözsüz ki, zərərin əsas səbəbi təkcə peyklərimizdən istifadə edən müştərilərin azlığı yox, həm də xərclərin olduqca yüksək olması ilə bağlıdır. Bəlkə müvafiq qurumların bu xərclərə bir ciddi nəzər yetirməsinin vaxtı çatıb?

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

Əkinçı Bəh 2019-06-03 15:46:55

Hansı kənd sərfəli bel-kürəyə, dəryaz-kərkiyə və ya mini traktorlara sahib olub? Biz hamıya paylanan, kosmosa da ucalan açıq dövlətik. Xəzinədar şərəfi yeraltı sərvəti ingilislərə axıtmaqla bitmir. Avropa, Qərb müdafiəçilərinə qaz, kosmosdan qlobal idmana qədər səxavət paylanır. Axı, hər dol və manata belə silah çəkən dünyada b azar iqtisadiyyatı hökm sürür!?

İqtisadçı 2019-06-03 15:46:55

Vəzifələrə bir qrup öz adamlarını ( ixtisas,təcrübə,iş stajı,bcarığı nəıərə alınmadan )təyin edən iqtidar.onlara nəzarəti qəsdən unudur ,onların talançılığına,rüşvətxorluğuna qəsdən göz yumur,nəzarət və cəzadan uzaq saxlayır.Bunun da nəticəsində milyonlar və milyardlar talan edənlər cəzasız saxlanıldığından soyğunçuluq davam etməkdədir.Misal istəiyiniz qədər.Bunun üçün dövlət qurumlarına nəzarət etmək,işdən azad edilən nazir və Komitə sədrlərini də qeyd etmək olar. Kİmdir günahkar??

Mux 2019-06-03 15:46:55

davamı-soz də deyən yoxdur.Əminliklə deyə bilərik ki,SMZ məhv olması barədə nə cənab prezident İlham Əliyevin,nə də Baş Nazir Novruz Məmmədovun xəbəri yoxdur.Əli ismayılov,Səxavət Məmmədov, bu bu Korrupsiyanın içində bulunan 10-la digərləri unutmasınlar ki,saxta yolla imzaladıqları sənədlərin bir nüsxəsi biz AZNEFTKİMYAMAŞIN əməkdaşlarının əlindədir. Hörmətli AzPolitikanşn rəhbəri Sizdən xahiş edirik ki,bu məlumatı tam dərc edəsiniz.Bizlər də mütəəmmadi olaraq Sizə lazımalı sənədləri ünvanlayacaqıq.

Mux 2019-06-03 15:46:55

davamı-122 il ərzində qurub yaradılan,Vətəninə,millətinə,xalqına fayda-xeyir verən AZNEFTKİMYAMAŞın nəzdində olan Səbayıl Maşınqayırma zavodunu da korrupsionerin biri,illərlə həmin z-da direktor işləyib ən müasir dəzgahları satıb milyardlara sahib olan,z-du iflic vəziyyətinə salan,z-du yerlə-yeksan edən və sonda ƏK ilə əlbir olub NK və Prezidentin qərarı olmadan z-du öz aralarında saxta sənədlərlə sənədləşdirib Balaxanı Maşınqayırma Zavoduna birləşdirən Əli İsmayıl oğlu İsmayılova heç güldən ağır söz də

Mux 2019-06-03 15:46:55

Belə bir qurum var idi, Sahibkarlığa Kömək Milli Fondu.Rəhbəri də rüsvətxor Şirzad Abdullayev.Bu qurum çirkli pullar yumaq üçün yaradılmışdı.Sahibkarların bəzilərinə rüşvətlə cüzi miqdarda pullar ayrıldı.Qurum müəyyən əməliyyatları başa vurandan sonra bağlandı.Özü də necə bağlandı?Heç bir yoxlama aparılmadan.Şirzadı isə çirkli pullar yuduğuna görə nazir müavini təyin etdilər.Həmçinin də AzərKosmos.Əsas əməliyyatlar başa çatandan sonra AzərKosmaos da bağlanacaq .Ya da adı dəyişiləcək.Vəssəlam

Hörməli oxucu! 2019-06-03 15:46:55

Bismillahir-Rəhmanir-Rəhim Belə qənaətə gəlmək olur ki, ölkəmizdə korrupsiya artıq xroniki xarakter alıb və bu “Korrupsiya həyatımızın bütün sahələrinə, habelə xalqın şüuruna təcavüz edərək, orada kök salıb. Təəssüf ki, məmurların əksəriyyəti bu cür hallara qarşı etiraz etmirlər, bu bədnam prosesin ya könüllü, ya da zorən iştirakçısına çevrilirlər. Çox təəsseflər olsun ki,hər şey xalqın gözünün qabağında edirlər.. Üzə çıxan faktlar ölkənin maliyyə sistemin (Maliyyə nazirliyinin) mahiyyətlini və talançılığın hansı səviyyədə olmasını göstərir. Belə davam edərsə, yaxın gələcəkdə dövlətimiz ağır problemlərlə üzləşə bilər. Hətta, deyərdim ki, mövcudluğu təhlükə altına düşər. , ASC-nin xidmətlərin daxil olan gəlirləri ildən ilə azalması “AZƏRKOSMOS”– Qurumun fəaliyyətsizliyinin göstəricisidir. .

Vətəndaş 2019-06-03 15:46:55

Ramin Quluzadənin tabeliyində olan bütün qurumlar bərbad vəziyyətdədir..Ölkə başçısı inşallah rabitəyə birdə əl gəzdirər..

Hörməli oxucu! 2019-06-03 15:46:55

Bismillahir-Rəhmanir-Rəhim Belə qənaətə gəlmək olur ki, ölkəmizdə korrupsiya artıq xroniki xarakter alıb və bu “Korrupsiya həyatımızın bütün sahələrinə, habelə xalqın şüuruna təcavüz edərək, orada kök salıb. Təəssüf ki, məmurların əksəriyyəti bu cür hallara qarşı etiraz etmirlər, bu bədnam prosesin ya könüllü, ya da zorən iştirakçısına çevrilirlər. Çox təəsseflər olsun ki,hər şey xalqın gözünün qabağında edirlər.. Üzə çıxan faktlar ölkənin maliyyə sistemin (Maliyyə nazirliyinin) mahiyyətlini və talançılığın hansı səviyyədə olmasını göstərir. Belə davam edərsə, yaxın gələcəkdə dövlətimiz ağır problemlərlə üzləşə bilər. Hətta, deyərdim ki, mövcudluğu təhlükə altına düşər. , ASC-nin xidmətlərin daxil olan gəlirləri ildən ilə azalması “AZƏRKOSMOS”– Qurumun fəaliyyətsizliyinin göstəricisidir. .

Son yazılar