Menu

ABŞ-da vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb

03.06.2019, 21:47
ABŞ-da vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb

Amerikanın Arkanzas ştatında vertolyotun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, biri yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis və fövqəladə hallar departamentinə istinadən "KNWA News" telekanalı məlumat yayıb.

Hadisə bazar günü axşam baş verib. Göyərtəsində 4 nəfərin olduğu ekskursiya helikopteri "Backwoods" musiqi festivalının keçirildiyi ərazidə yerə düşüb.

Qəzanın səbəbləri hələ ki, açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol