Menu

Azərbaycan Moskvada Rusiyaya böyük hesabla uduzdu

04.09.2014, 08:45
Azərbaycan Moskvada Rusiyaya böyük hesabla uduzdu

Sentyabrın 3-də Moskvada Rusiya və Azərbaycan futbol yığmalarının yoldaşlıq görüşü 4-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oyunun artıq 12-ci dəqiqəsində Azərbaycan futbolçuları 2-0 hesabı ilə geridə idilər.

6-cı dəqiqədə Rusiya hesabı açıb 1:0. Qolu Kerzhakov vurub, bir qədər sonra isə hesabı artırıb. Bu, Rusiya hücumçusunun yığmanın tərkibində vurduğu 28-ci qoldur. Rusiya millisi tarixində bundan artıq qol vuran olmayıb. Əvvəlki rekord 26 qol idi .

Birinci hissənin sonunda Sergey İgnashevich hesab arasındakı fərqi artırıb 3-0.

İkinci hissədə, oyunun 78-ci dəqiqsəində Vladimir Granat Azərbaycan yığmasının qapısından keçirib (4-0)

"Avro2016"-nın seçmə mərhələsinə başlayan Azərbaycan yığması ilk oyununu sentyabrın 9-da Bakıda Bolqarıstan millisinə qarşı oynayır. Rusiya ilə görüş Berti Vogts-un rəhbərlik etdiyi yığma komandanın sonuncu yoxlama matçı idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol