Menu

Sudanda ordu mitinqçilərə hücum etdi

03.06.2019, 23:55
Sudanda ordu mitinqçilərə hücum etdi

Sudan ordusu paytaxt Xartumda çevriliş əleyhinə mitinq keçirən nümayişçilərə müdaxilə edib.Ordu ilə nümayişçilər arasında yaranan toqquşmada 13 nəfər ölüb, 116 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

“Qafqazinfo” xatırladır ki, apreldə keçmiş prezident Ömər Əl Bəşirin devrilməsindən sonra çevriliş baş verib. Sudan xalqı isə çevriliş əleyhinə çıxaraq ölkədə demokratik idarəetmə formasına keçilməsi üçün aksiyalara başlayıb. Ordunun insanlara müdaxiləsindən sonra ara yenidən qarışıb. İnsanlar artıq küçələrə axışaraq barrikadalar qurur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol