ABŞ Bolqarıstana 1,7 milyard dollarlıq F-16 qırıcıları satacaq.
Trend-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Pentaqonun strukturunda olan Müdafiə Əməkdaşlığı üzrə Agentlikdən bildiriblər.
Agentlikdən bildiriblər ki, iki ölkə arasında imzalanan razılaşmanı siyasi riskləri qiymətləndirən Dövlət Departamenti təsdiq edib.
Dövlət Departamentinin bəyanatında deyilir: "Təyyarələrin Bolqarıstana satılması ABŞ-ın xarici siyasətinin və milli təhlükəsizliyin məqsədlərinə töhfə verəcək, NATO-nun və ABŞ-ın vacib tərəfdaşının təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək".


Şərhlər