Azərbaycan iqtisadiyyatına 2004-2018 illərdə 260 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb.
ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, qoyulmuş investisiyaların təxminən yarısı xarici sərmayənin payına düşür. İnvestisiyaların 60%-i qeyri-neft sektorunun inkişafına yönəldilib.
Nazir onu da qeyd edib ki, ötən dövr ərzində respublikada 2 mln. yeni iş yeri açılıb.


Şərhlər
Cənab Nazir çox doğru qeyd edir ki, dövlət və məmuru sahibkarın ən yaxşı tərəfdarıdır! Neft sektorunu da əsasən xarici şirkətlər idarə edir. Bizim işimiz asanlaşır və qalır qeyricə neft sektoru. Sadalayaq və sevinək 2004-2018-ci illərdə İqtisadiyyatımıza 260 mlrd ABŞ dolları investisi yatırılıb. Yatırım hansı sahələrə paylanıb, onlar hansı strateji məhsuları verir və indi həmin 260 milyard Azərbaycana hər il əlavə neçə milyard gəlir(dəyər) verir?