Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2018-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 20% artaraq 94,503 mlrd. manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.
SOCAR-ın Azərbaycandakı gəlirləri 23% artaraq 6,626 mlrd. manat, Türkiyədə 0,95% artaraq 4,972 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 77,6% artaraq 2,352 mlrd. manat, Gürcüstanda 5,1% azalaraq 1,124 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 44,5% artaraq 1,621 mln. manat təşkil edib.
Qeyd edək ki, 2018-cı ildə SOCAR-ın məcmu gəlirləri 20% artaraq 111,198 mlrd. manat olub.


Şərhlər
Nə qədər .... Manatın dollar qarşısında devalvasiyasına Socar-ın gəlir artımı kimi baxırlar. Heç xərclərin və borclarının artımı dinamikasını qeyd etmirlər. Neçə ildir Socar dövlət büdcəsindən pul alır. 2018-ci ildə 1,5 milyard büdcədən pul alıb ki, bu da büdcəyə ödədiyi vergidən çoxdur. Dövlət büdcəsindən Socarın aldığı vəsait təhsilə ayrılana, az qala bərabərdir, səhiyyəyə ayrılandan isə dəfələrlə çoxdur. Hələ ordunu demirəm!
Socar Azərbaycan neftini İsveçrədə çıxarır məgər? Camaatı dolayıblar. Hamını savadsız hesab edirlər. Öz neftimizin satışını İsveçrəyə aid edirlər.
SOCARın İsveçrədəki 94 milyardı kəndliyə ev tikəcək, otluq salacaq, su və ya qaz çəkəcəkmi? Yoxsa, hansısa sanksiyanı gözləyir?