2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 262 milyon manat artıb.
Trend-in məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinə daxilolmalar 3 milyard manatdan çox olub ki, bu da proqnozlaşdırılan göstəricidən 286,5 milyon manat çoxdur.
Nazir müavini əlavə edib ki, səyyar yoxlamaların sayı azalıb:
“Beş ay ərzində cəmi 176 səyyar yoxlama keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə azdır”.


Şərhlər
Mən bunu keçmiş nazir Fazil Məmmədov işdən çıxanda demişdim.Əyər vergi yoxlamaları şəffaf aparılsa, büdcəyə olan borcdan əlavə heç bir ödəniş tələb olunmasa , büdcə daxilolmaları əvvəlki illərdən qat-qat çox olacaq,bundan başqa sahibkar biləcək ki,vergi qanunu ödənməlidir. Gəlirdilər 10 büdcəyə ödətdirirdilər 100 da özlərinə tələb edirdilər.İndi rüşvətlə yığdıqları pulu işlətməyə yer tapa bilmirlər.sahibkar da məcbur olub ya razılaşırdı ya da müəsisəni bağlayırdı. Bunlar üçün qarğış olurdu N qədər.