Menu

"Vergi Məcəlləsinə bu il ciddi dəyişikliklər edilməyəcək" - Nazir müavini

04.06.2019, 19:00
"Vergi Məcəlləsinə bu il ciddi dəyişikliklər edilməyəcək" - Nazir müavini

Bu il Azərbaycanın Vergi Məcəlləsinə kiçik dəyişikliklər ediləcək.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

“Bizim mövqeyimiz belədir ki, Məcəllə tez-tez dəyişməsin. Qayda və qanunlar tez-tez dəyişəndə sahibkarlarda problemlər yaranır, onlar çaşırlar, bilmirlər. Bu sahədə sabitlik lazımdır”, - deyə S. Ələkbərov qeyd edib.

Nazir müavinin sözlərinə görə, bu il ciddi dəyişikliklər nəzərdə tutulmur: “Təbii ki, kiçik dəyişikliklər olacaq”.

Şərhlər

Ekspert 2019-06-04 19:00:47

Sahib müəllim özüdə bilir ki,etdiyi dəyişikliklərin çoxunu tətbiq edə bilməyiblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol