Menu

"Kim yeyib dağıdıbsa, canı çıxsın, ödəsin" - Fəzail İbrahimli

04.06.2019, 19:59
"Kim yeyib dağıdıbsa, canı çıxsın, ödəsin" - Fəzail İbrahimli

Mən “borcların silinməsi” sözünü başa düşmürəm. Kim yeyib, kim dağıdıbsa, canı çıxsın, gəlsin, cavabını versin, ödəsin. Oxu.Az xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli parlamentin komitə iclasında bildirib.

“Burada deyildi ki, borclar silinməlidir. Ay qardaş, bu nədir?”, - deyən millət vəkili bu məsələnin anlaşılmaz olduğunu və qaranlıq məqamlardan xəbər verdiyini bildirib.

“Kim bələdiyyəni yeyib, dağıdıbsa, gəlsin, canı çıxsın, ödəsin. Onu edənləri “İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?! Mən, vallah, bu “silinmək, silinməlidir” sözünü hələ də anlaya bilmirəm. Yeyirlər, dağıdırlar, gedirlər, sonra da cəzasını yeni bələdiyyə üzvləri çəkir. Bunu yığışdırmaq lazımdır. Yemisən, canın çıxsın, gəl, ödə”, - deyə millət vəkili əlavə edib.

Şərhlər

dadaşyev 2019-06-04 19:59:33

Tamamilə doğrudur.Bütün bələdiyyələrin fəaliyyəti bittə-bittə araşdırılmalıdır.Çünki bələdiyyə deyilən şey formal bir şeydir Azərbaycanda,dünyada var deyə bizdə də var misalı.Faktiki olaraq bütün bələdiyyələr yeyib dağıtmaq üçündür.Başqa yedikləri bir paxlava yoxdur.Elə rayonlar var ki oralarda hələ də şəhər soveti (!) bələdiyyə və JEK-lə yanaşıdı.Millət çaş-baş qalıb ki yaşayış yerindən spravka almaq üçün hansına getsin.A qardaş,bələdiyyə tətbiq edildisə şəhər soveti də,JEK də ləğv olunmalı deyilmi?

Hafiz 2019-06-04 19:59:33

Canı çıxsın həm ödəsin, həm də cəzasını türmədə çəksin. Başqalarına da dərs olsun!.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol