CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 64,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,77 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,7 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,8 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,34 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.


Şərhlər
Bizim neft-qazımız,pambığımız,Xəzərdə osetrinlərimiz-filanlarımız,göydə peyklərimiz ola-ola orta aylıq əmək haqqımız bu sadaladıqlarımın olmadığı ermənistandakından da aşağıdı.Gör indi bizdə bunlar olmasaydı nə gündə olardıq?!Heç maaş nədi bilməzdik vallah Həbəşistandakı və Cibutidəki kimi.Xalqın yeraltı vı yerüstü sərvətidi kreslolara qaynaqlanmış yapalaq məmurların iş bacarmadıqlarının zibilini örtən.Sərvətimizin 80 faizdən çoxunu hər il büdcəyə aşırmaqla ərəblərə döndük mən ölüm.Qalanı da ciblərə.