Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.
Trend-in məlumatına görə, bu gün Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən (bəzi məscidlərdə 08:00) Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb.
Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.
Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Qeyd edək ki, mayın 5 və 6-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.


Şərhlər
QMİ böyük xəta yaptı.Ramazan Bayramını təftiş edərək irançılığa sadiq qaldı.Ramazan Bayramı bütün İslam dövlətlərində dünən qeyd olundu.Bayramın bu gün qeyd edilməsi haramdır.Yəni Bayram ola-ola iftar açmaq günahdır.QMİ belə hərəkətləri ilə bizi Türkiyə sevgisindən ayırıb İran qaydalarına qata bilməyəcək!