Menu

Misirdə terror aktı törədilib - 10 polis ölüb

05.06.2019, 11:20
Misirdə terror aktı törədilib - 10 polis ölüb

Misirin şimalında terrorçuların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.

APA “AlArabiya”-ya istinadən xəbər verir ki, müsəlmanlar Ramazan bayramı münasibətilə ibadət edərkən terrorçuların hücumuna məruz qalıblar.

Məlumata görə, hücumu törədən şəxslərdən 5-i polis tərəfindən zərərsizləşdirilib.

Heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol