Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Britaniyaya səfərinin gedişi zamanı kraliça 2-ci Yelizavetanın qəbulunda pis vəziyyətə düşüb.
Sosial şəbəkəyə yol açmış videodan görünür ki, Yelizaveta tost söyləyərkən, Tramp mürgüləyir.
«Mirror» qəzetinin yazdığına görə, kraliça ABŞ və Böyük Britaniya arasında münasibətlərdən danışarkən, Tramp «burnunu sallayıb» və sonra «dik atılıb».
ABŞ prezidenti və onun xanımı Melaniyə Londona səfər çərçivəsində kraliça 2-ci Yelizavetanın qəbuluna düşmək və «lanç» qonaqlığında iştirak etmək şərəfinə nail olublar. Britaniya KİV-nin məlumatına görə, görüşdə həm də kraliçanın oğlu şahzadə Çarlz arvadı Kamilla Parker-Boulzla birlikdə iştirak edib.
AzPolitika.info


Şərhlər