Menu

“Bu bayram günü suyumuzu kəsiblər...”

05.06.2019, 15:29
“Bu bayram günü suyumuzu kəsiblər...”

“Bu bayram günündə suyumuzu kəsiblər”. Bakının Binəqədi rayonunun sakinləri “AzPolitika.info”-ya şikayətlərində belə deyiblər.

Musabəyov küçəsi 4 ünvanında yaşayan sakinlərin bildirdiyinə görə, bir müddət əvvəl İcra Hakimiyyətinin əməkdaşları onların su çənlərini yığışdırıblar. “Biz səliqə-səhmanın, yaxşı görünüşün əleyhinə deyilik. Amma bizim su çənlərimizi yığışdırmazdan əvvəl su problemimizi həll etmək lazım idi. Bu bayram günü tezdən suyumuzu kəsiblər, qalmışıq susuz, ehtiyatımız da yox. Son vaxtlar suyu gecələr kəsirdilər, bu gün təmiz kəsiblər. İcra Hakimiyyətinə də, “Azərsu”-ya da zəng etmişik, heç bir xeyri olmayıb. Xahiş edirik bizim problemimizi işıqlandırın, bəklə bayram günü olduğunu nəzərə aldılar...”

Qeyri-iş günü olduğundan “Azərsu”dan Binəqədi sakinlərinin şikayətinə münasibət öyrənə bilmədik.

“AzPolitika”

Şərhlər

semed 2019-06-05 15:29:10

en yaxsi dirnaqarasi cavabi qaynar xettden verirler sizin yasadiqiniz erazide hec bir qeza yoxdur sadece olaraq suyun tezyiqi asagidir su hacan olacaq bilmirik

t.ədalət 2019-06-05 15:29:10

"Azərsu" heç bir şikayəti vecinə almır.Həqiqətən də mənzillərə normal su çatdırılmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol