Menu

ABŞ vətəndaşının ölkədən çıxışına qadağa qoyuldu

04.09.2014, 11:15
ABŞ vətəndaşının ölkədən çıxışına qadağa qoyuldu

ABŞ vətəndaşı Səid Nurinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Azadlıq Radiosunun məlumatına görə, o, özü bu barədə facebook səhifəsində yazıb:

«Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Respublika Prokurorluğunun istintaq idarəsi ölkədən çıxışıma qadağa qoyub. Cinayət işi açılıb və qadağa həmin işlə bağlıdır», Nuri yazıb və bunun bu yaxınlarda fb səhifəsinə hücumla bağlılığını istisna etməyib.

Hazırda onun telefonuna zəng çatmadığından əlavə informasiya almaq mümkün olmayıb.

Səid Nuri 2012-ci ildən ABŞ vətəndaşıdır, ABŞ ordusunda çalışır.

Bir neçə gün əvvəl Səid Nuri «Azadlıq» qəzetinə bildirib ki, Azərbaycana gələ bilmir. Onun sözlərinə görə, Azərbaycana gəlmək istəsə də, ABŞ-dakı konsul viza vermir.

Səid Nuri vaxtilə Yeni Fikir gənclər təşkilatının sədr müavini olub. 2005-ci ildə ölkəni tərk edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol