Menu

Rusiya təyyarəsi qəzaya uğradı

04.09.2014, 11:40
Rusiya təyyarəsi qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyi qəza ilə bağlı açıqlama yayıb

Rusiyanın Krasnodarsk diyarında MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb.

ANS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.

Qəzanın Armavir şəhərindən 25 kilometr aralıda baş verdiyi bildirilir.

“Bu gün səhər saatlarında təlim uçuşu həyata keçirən MiQ-31 qırıcısı qəzaya uğrayıb. Pilotların həyati təhlükəsi yoxdur. Onlar vertolyot vasitəsilə aerodroma aparılıblar”, deyə İqor Konaşenkov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol