Menu

ABŞ-ın neft ehtiyatları 483 milyon bareli keçib

06.06.2019, 11:03
ABŞ-ın neft ehtiyatları 483 milyon bareli keçib

Ötən həftənin yekunlarına görə (27-31 may), ABŞ-da neft ehtiyatları 6,77 milyonbarel artaraq 483,3 milyonbarelə çatıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Qeyd edək ki, daha əvvəl ABŞ neft ehtiyatlarının 850 min barel azalmasını proqnozlaşdırırdı.

ABŞ-da neft ehtiyatlarının kəskin artması neft qiymətlərinin azalmasına səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol