Menu

Nazirlikdən Bakıdakı güllələnmə ilə bağlı rəsmi açıqlama

04.09.2014, 12:58
Nazirlikdən Bakıdakı güllələnmə ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı güllələnmə ilə bağlı açıqlama yayıb. DİN-dən verilən xəbərə görə, sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Şaban Nəbiyevə xəsarət yetirib hadisə yerini tərk epdib. Xəstəxanaya yerləşdirilmiş Ş.Nəbiyev orada ölüb.

Hadisə yerinə baxış zamanı “Winchester” markalı tüfəng aşkar edilərək götürülüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol