Menu

Bakıda gənc qadın qətlə yetirilib

07.06.2019, 12:36
Bakıda gənc qadın qətlə yetirilib

Bakıda 25-30 yaşlarında qadın qətlə yetirilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Bayılda, 20-ci sahə adlanan ərazidə Arif İsmayılov küçəsi 22 D ünvanında qeydə alınıb.

Belə ki, bıçaq xəsarətləri alan qadın özünü adıçəkilən ünvanda evlərdən birinin həyətinə salıb və elə oradaca dünyasını dəyişib.

Qadının şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol