Menu

Ərdoğan “Heydər Əliyev” ordeni alan 11-ci əcnəbi siyasətçidir

04.09.2014, 14:53
Ərdoğan “Heydər Əliyev” ordeni alan 11-ci əcnəbi siyasətçidir

Ərdoğan “Heydər Əliyev” ordeni alan 11-ci əcnəbi siyasətçidir

Sentyabrın 3-də prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanı “Heydər Əliyev” ordeni ilə təltif edib. “Media forum” saytı bildirir ki, Rəcəb Teyyub Ərdoğan “Heydər Əliyev” ordeni alan 11-ci əcnəbi siyasətçidir.

2005-ci ildə təsis olunmuş, Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordenini indiyə qədər alan digər əcnəbi siyasətçilər bunlardır:

Jak Jirak

Viktor Yuşşenko

Şeyx Sabah əl-Əhməd-Cabir əs-Sabah

Lex Kaçinski

Valdiz Zatlers

Trayan Besesku

Georgi Pırvanov

İmaməli Rəhman

Abdulla Gül

Viktor Yanukoviç.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol