Menu

Bayramdan sonra ölkədə qızıl-gümüş bahalaşıb

08.06.2019, 00:27
Bayramdan sonra ölkədə qızıl-gümüş bahalaşıb

 

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, iyunun 7-də qızılın qiyməti iyunun 4-ü ilə müqayisədə 16,677 manat artaraq 1 unsiya üçün 2265,93 manat təşkil edib.

Gümüş 0,2399 manat bahalaşaraq 1 unsiya üçün 25,303 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 25,211 manat azalaraq 1368,4065 manat, palladiumun qiyməti isə 46,886 manat artaraq 2299,947 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol