Misir Mərdanovun xalası oğlu, Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov işdən azad olunub. “Qafqazinfo”ya gimnaziyadan daxil olan məlumata görə, Novruz Dəmirov iki gündür işdən çıxarılıb.
Hələ ki, eks-nazirin qohumunun yerinə təyinat olmayıb.
Təhsil Nazirliyi Novruz Dəmirov işdən azad olunması ilə bağlı "Qafqazinfo"nun sorğusunu cavablandırıb. Nazirliyin açıqlamasında bildirilir ki, A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyanın direktoru Novruz Dəmirov öz ərizəsinə əsasən işdən azad olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov onun xalası oğlu kimi təqdim olunan Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Novruz Dəmirovun işdən çıxarılmasına münasibət bildirib.
Sabiq nazir M.Mərdanov Publika.az-a açıqlamasında deyib:“Birincisi, mənim Novruz Dəmirov adında xalam oğlu yoxdur. Digər tərəfdən isə, mən bu cür məlumatlara əhəmiyyət vermək istəmirəm. Dəqiqləşdirmədən məlumat yazırlar. Xahiş edirəm, mənim adım daha belə məsələlərdə hallandırılmasın”.


Şərhlər