Menu

Xanım yazardan TV-lərə qarşı ağır ittihamlar - “Pullar mütəşəkkil dəstəyə çatır”

08.06.2019, 13:49
Xanım yazardan TV-lərə qarşı ağır ittihamlar - “Pullar mütəşəkkil dəstəyə çatır”

"Azərbaycan televiziyalarında yayımlanan xeyriyyəçilik verilişlərində yığılan pullar kimlərində cibinə gedir. Xalqı aldadırlar. Orada heç bir xeyriyyəçilikdən söhbət gedə bilməz”.

BakuPost xəbər verir ki, bu ağır ittihamla xanım yazıçı Aysel Əlizadə çıxış edib. 18 yaşından televiziyalarda işlədiyini, buna görə də mətbəxi dəqiq bildiyini deyən yazar, xeyriyyəçilik adıyla dələduzluq edildiyini iddia edib: "Mən dəqiq araşdırma apardım. Məlum oldu ki, öyrədilmiş "xəstə”, "imkansız” adamları efirə çıxarıb, onların adına pullar yığırlar. O pullar hara gedir, bilinmir”.

A.Əlizadə əlavə edib ki, bu işlə mütəşəkkil dəstə məşğul olur: "Böyük bir şəbəkədirlər. İnsanları efirə çıxarıb, kimlərinsə hissi ilə oynayırlar. Onların pullarını mənimsəyirlər. Ortada böyük pullar qazanılır. Buna görə, televiziyalar həmin layihələrə efir verir. Yoxsa kiminsə xəstə, əlacsız olması, bu xalqın dərdləri onların vecinə də deyil”.

Şərhlər

dadaşyev 2019-06-08 13:49:47

Bu xanım tamamilə doğru deyir.Zaurla Xoşqədəmə ağlaşma qurmamaları üçün yaxşı qulaqburması vermək lazımdı.Ümumiyyətlə,ruhani idarəsinin qəbiristanlıqlardakı quş yuvası boyda nəzir qutularına 2 qıfıl qoyduğu cəmiyyətdə yaşadığımızı unutmamalıyıq.Məmurlar da oğrudu,rəsmi dindarlar da.Məmurların yaltaqlığı onların oğru olduğunun bariz göstəricisidi.Alman məmurlar niyə prezidentlərinə tərif yağdırmırlar?Çünki oğurlamırlar.Bizimkilər oğurlayır deyə səksəkə içindədi,aman birdən başqası gələr,dədəmi yandırar.

Müəllif 2019-06-08 13:49:47

Heç bir saniyə də şübhə etməmişəm !!!

EJDER 2019-06-08 13:49:47

MALADES,YEQIN SENE EV VERMEYIBLER.O,QAJQIN ZAUR YALVARIR,PUL YIQIR,DEYER KI,SAQ OLSUN ANALOQU OLMAYAN HOKUMETIMIZ ,HER BIR VETENDAWIMIZIN YANINJDADIR...HA HA HA ...BELIDISE,YOLCULUQ NIYE EDIB,WOU GOSTERIRSINIZ...NAXOW QEDEM ONDAN PIS

Elmar 2019-06-08 13:49:47

Quldur dəsdə ölkəni zəlil günə qoydu.

Əkinçi Bəh 2019-06-08 13:49:47

Hər vətəndaşa bərabər haqq mümkünmü, Aysel xanım? Olsaydı, ölkəmizdə məhəbbət və gücümüz tükənməzd!

Bashirov Qarib 2019-06-08 13:49:47

Aysel xanım olduqca ciddi məsələyə toxunur.Bu çox ciddi ittihamlardır.Baş prokuror bu işə əl qoymalıdır.Qaraçılar kimi, guya,xəstədir pul verin deyib fırıldaqçılıq cinayət əməlidir, dələduzluqdur.Cəmiyyətdə həqiqi ehtiyacı olanlara munasibətdə insanların mərhəmət hisslərini öldurur, biganələşdirir.Bu butun toplumu əhatə edir və onu kutləşdirir, rəzilləşdirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol