Menu

Hacıqabulda mikroavtobus aşıb - Xəsarət alanlar var (FOTOLAR)

08.06.2019, 18:39
Hacıqabulda mikroavtobus aşıb - Xəsarət alanlar var (FOTOLAR)

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi “Volkswagen” markalı 99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

[gallery size="full" ids="523202,523203,523204"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol