Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ağır itki üz verib.
Publika.az xəbər verir ki, icra başçısının qardaşı Nizami Məhərrəmov qəfil vəfat edib. Bildirilir ki, Mahir Quliyevin qardaşı son vaxtlar ürəyindən şikayətlənirmiş. Bir neçə gün əvvəl həkim müayinəsindən keçən Nizami Məhərrəmovun əməliyyat edilməli olduğu bildirilib. Bakıdakı klinikalardan birində ürəyindən şuntlama – "anju” əməliyyatı keçirilən icra başçısınının qardaşının halı qəfil daha da pisləşib. Məlum olub ki, cərrahi əməliyyat prosesi zamanı N.Məhərrəmovun beyninə qan sızıb. O, xəstəxanadaca keçinib.
Allah rəhmət eləsin!


Şərhlər
Dostumu ürəyindən əməliyyat etdilər. Əməliyyat zamanı boğazına zond salmışdılar. Zondu salan anestezioloq xəstənin boğazını cızmışdı. Əməliyyatdan sonra uzun müddət xəstənin səsi xırıldayırdı. Ürək həkimi dedi ki, boş şeydir, düzələcək. Bir ildən sonra xəstənin boğazı xərçəng oldu. Əməliyyat edib səs tellərini kəsdilər. İndi laldır, danışa bilmir. Ürəyi isə yaxşıdır...
Allah rəhmət eyləsin.Adamı əməliyyat edirlər,həkimlərin yadından çıxıb arterial tızyiqini ölçməyiblər.Həkim nəzarəti altında beynə qan sızması faktı O.Şirəliyevin səhiyyəsində ən qara ləkələrdən biridir.