Menu

"Nazarbayevin yoluna sadiq qalacağam" - Tokayev

09.06.2019, 13:30
"Nazarbayevin yoluna sadiq qalacağam" - Tokayev

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nursultan Nazarbayevin apardığı xarici siyasət kursunu davam etdirməyə söz verib.

Tokayev bunu seçki məntəqəsində jurnalistlərə verdiyi açıqlamasında deyib.

“Əlbəttə, mən bu barədə öz seçkiqabağı kampaniyamda danışmışam. Qazaxıstan davamlılığını qoruyacaq. Xarici siyasət kursuna gəldikdə isə o, birinci prezident Nursultan Nazarbayevin apardığı kimi qalacaq. Xalqımızı bir çox məsələlər narahat edir. Buna görə də seçkilər – ölkəyə kimin rəhbərlik edəcəyini, gələcəkdə ölkədə nə olacağını müəyyən etmək üçün yaxşı haldır”, – Tokayev bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Qasım-Jomart Tokayevin namizədliyi Nur Otan Partiyasından irəli sürülüb. /Axar.az

Şərhlər

EJDER 2019-06-09 13:30:33

MALADES KUR BAWI...DAYANIQLI INKIWAF ANCAQ BIZLIKDI...SIZ BAWQA POZA FIKIRLEWIN...MES.,ANALOQU OLMAYAN IKIQAT EYILMIW INKIWAF...NEJEDI...SULTAN BAWIYAYA SALAM

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol