Menu

Səudiyyə Ərəbistanında aeroport dronların hücumuna məruz qalıb

09.06.2019, 18:41
Səudiyyə Ərəbistanında aeroport dronların hücumuna məruz qalıb

Səudiyyə Ərəbistanında hava limanı pilostuz uçan aparatların hücumuna məruz qalıb.

Bu barədə “Al-Masirah” telekanalının Twitter səhifəsində yer alan məlumatda deyilir.

Bildirilir ki, hücumu “Ansar Allah” hərəkatından olan Yəmən husiləri təşkil edib.

Səudiyyə Ərəbistanı hökuməti hələlik Cizan aeroportuna hücumla bağlı məlumatı təsdiqləməyib.

Xatırladaq ki, sonuncu dəfə husilərin dronları Səudiyyə Ərəbistanındakı hava limanına mayın 26-da hücum etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol