Menu

Təzyiqi salmaq üçün sadə üsul - Həkim məsləhəti

10.06.2019, 00:06
Təzyiqi salmaq üçün sadə üsul - Həkim məsləhəti

Arizona universitetinin tədqiqatçıları muəyyən ediblər ki, pis yuxu insanlarda təzyiqin qalxmasına kömək edir və ya əksinə. Bu barədə təhsil müəssisəsinin saytında xəbər verilir.

Alimlər 300 nəfərin üzərində eksperiment aparıblar. Onların orta yaşı 45 il təşkil edib, ən böyüyünün yaşı isə 70 olub. Eksperimentin bütün iştirakçılarına arterial təzyiqi hər 45 dəqiqədə bir ölçmək üçün xüsusi qurğu verilib.

Könüllülər gecələr müxtəlif yuxuları qiymətləndirən xususi qolbaq geyiniblər. Gecəni pis yatanlar üçün səhər sistolik təzyiqin qalxdığı qeydə alınıb.

Mütəxəssislər hər gecə 7-9 saat yatmağı, yatağa isə saat 11-dən gec olmayaraq girməyi və pəncərələri pərdə ilə bağlamağı (tam qaranlıqda yatmağı) tövsiyə ediblər. Məhz belə şərait daxilində insan orqanizmində «melotonin» hörmonu yaranır və onun normal səviyyəsi həm də insanı təhlükəli ultrabənövşəyi şüalanmadan qoruyur və dəri xərçənginin qarşısını alır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol