Menu

Braziliya Hondurası 7:0 hesabı ilə məğlub edib

10.06.2019, 09:32
Braziliya Hondurası 7:0 hesabı ilə məğlub edib

Futbol üzrə Braziliya yığması yoldaşlıq oyununda Honduras millisini böyük hesabla məğlub edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Portu-Aleqri şəhərinin “Joze Pineyro Borda” stadionunda baş tutan görüş 7:0 hesabı ilə yekunlaşıb.

Matçda hesab 9-cu dəqiqədə açılıb: Qabriel Jezus fərqlənib. Matçda son nöqtəni isə 70-ci dəqiqədə Rişarlison qoyub.

Yoldaşlıq oyunu (yığmalar)

Braziliya – Honduras - 7:0

Qollar: 1:0 – Jezus – 9, 2:0 – Tyaqo Silva – 13, 3:0 – Koutinyo – 37 (pen), 4:0 – Jezus – 47, 5:0 – Neres – 56, 6:0 – Firmino – 65, 7:0 – Rişarlison – 70.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol