Menu

Azərbaycan millisi Hindistana qalib gəlib - Kolumbiyaya uduzub

10.06.2019, 09:52
Azərbaycan millisi Hindistana qalib gəlib - Kolumbiyaya uduzub

Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatında ilk iki turun oyunları keçirilib.

APA-nın məlumatına görə, Tbilisidə baş tutan yarışda Azərbaycan yığması bu matçlardan birində qalib gəlib, digərində məğlub olub.

Belə ki, A qrupunda yer alan yığmamız ilk qarşılaşmasını Hindistana qarşı keçirib. Həndbolçularımız rəqibi üzərində 45:29 hesabı ilə qələbə qazanıb.

Millimiz ardınca Kolumbiya ilə üz-üzə gəlib. Matç cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb – 35:30.

Qeyd edək ki, təmsilçimiz növbəti turda Böyük Britaniya ilə oynayacaq. Ardınca isə Kuba və Çinlə qarşılaşacağıq.

B qrupunda isə Bolqarıstan, Gürcüstan, İrlandiya, Malta, ABŞ və Nigeriya həndbolçuları mübarizə aparırlar. Yarışın yekununa əsasən ən yaxşı Avropa yığması qitə birinciliyinə vəsiqə qazanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol