DEPUTATIN OĞLU MƏHKƏMƏDƏ DİNDİRİLƏCƏK - Ölüm işində pozuntular var

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yenilənib.

Hakim bildirib ki, iş materiallarında bir sıra uyğunsuzluqlar, pozuntular var. Onların araşdırılması üçün istintaqın təzələnməsinə qərar verilib.

Sədrlik edən hakim ziddiyyətlərdən biri kimi onu göstərib ki, hadisə yerinə baxış protokolunu imzalayanlar qəza ilə bağlı sxemi imzalamayıblar. Onların arasında Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi də olub. Daha iki nəfər polis əməkdaşı – Qalib Məhərrəmov və Maşallah Paşayev isə orada olsalar da, ümumiyyətlə, sənədlərin heç birini imzalamayıblar. Ona görə də məhkəmə qərar verib ki, bu dörd nəfərin hamısı dindirilməlidir.

Xatırladaq ki, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə deputat Çingiz Qənizadənin oğludur.

Proses iyunun 11-də davam edəcək.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

635x100

Şərhlər

Akif 2019-06-10 11:38:10

Çingiz qənizadə, iqtidarın digər nümayəndələri kimi şəxsi maraqlarnı..... Bu dırnaqarası deputat vaxtilə AXCP üzvü idi və sonradan əqidəsinə dönük çıxdı və YAPa meyl etdi.Onun qohumları olan,İqtisadi İnkişaq Nazirinin müavini Şirzad Abdullayev və onun böyük qardaşı,AXCP dövründə Milli Bankn presidenti olmuş,indi isə Dövlət Bank Məktəbinin direktoru işləyən Cavanşir Abdullayev də Çingiz Qənizadə ki mi ....

Son yazılar