Menu

"Həmsədrlər təkliflərin təfərrüatlarını açıqlamırlar" - Rusiya səfir

10.06.2019, 13:59
"Həmsədrlər təkliflərin təfərrüatlarını açıqlamırlar" - Rusiya səfir

"Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin davam etdirilməsini alqışlayır".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərinin təfərrüatlarını açıqlamırlar: "Onların birgə bəyanatında humanitar sahə və təhlükəsizliyin təmin edilməsi barədə danışılır. Xarici işlər nazirləri yaxın zamanlarda görüşmək təklifini qəbul ediblər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol